ABŞ-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılıb - Prezident

17:28 - 15.07.2022


15 iyul, Fineko/abc.az.  Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb – mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılıb, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilib. “Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərlər