Şahin Bağırov kimdir? - Bioqrafiyası

15:41 - 18.07.2022


18 iyul, Fineko/abc.az. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov DGK sədrinin vəzifəsini müvəqqəti icra edəcək.

ABC.AZ Ş.Bağırovyun bioqrqfiyasını sizə təqdim edir.

1965-ci il təvəllüdlü Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

2010-cu ildə Azərbaycanın iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Şahin Bağırov 2012-ci ildə Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

Bütün xəbərlər