330x110
 

Azərbaycanın müdafiə naziri NATO-nun nümayəndələri ilə görüş keçirib

23.05.2018,15:27


23 may, Fineko/abc.az. Bu gün, mayın 23-də  Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.

Görüş zamanı general-polkovnik Zakir Həsənov qeyd edib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO-nun proqramlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında daim iştirak edirlər.

NATO generalı  Alyansın qərargahlarında xidmət edən və müxtəlif proqramlarda iştirak edən azərbaycanlı zabitlərin bilik və bacarıqlarını yüksək qiymətləndirdilər.

Azərbaycan Ordusunun yüksək peşəkarlığından və kadr  hazırlığından məmnunluq hissi ilə çıxış edən NATO nümayəndələri xüsusi olaraq qeyd etdilər ki, NATO-nun proqramları çərçivəsində keçirilən müxtəlif tədbirlərdə öz bilik və təcrübələrini bölüşən Azərbaycan zabitləri digər ölkələrdən olan həmkarları üçün layiqli nümunədirlər.

NATO-nun nümayəndə heyəti, ölkəmizə, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə üzrə səhra təlimini izləmək üçün gəlmişdir.

 

Açar sözlər: NATO