Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir - Prezident

17:09 - 18.07.2022


18 iyul, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycan və Arvopa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, imzalanma mərasimində İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir.

“Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”, - dövlət başçısı vurğulayıb.

Bütün xəbərlər