Azərbaycan ilə Serbiya arasında birbaşa hava əlaqələri yaradılacaq

23.05.2018,15:51


23 may, Fineko/abc.az. Azərbaycan və Serbiya birbaşa hava əlaqələri yaratmaq barədə razılığa gəldilər.

Dövlət Mülki Aviasiya Agentliyinin məlumatında deyilir ki, mayın 21-də Azərbaycan və Serbiya prezidentləri tərəfindən hava əlaqələri haqqında Saziş imzalanıb.

“Hava  əlaqələri haqqında Saziş layihəsi üzrə danışıqlar prosesi iki ölkə arasında 2011-ci ildə ilə başlayıb.  Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən Sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, hava  əlaqələri haqqında Sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələrimiz arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.

 

Açar sözlər: Serbiya