Bu markalı benzinin qiymətinin bahalaşması hibrid avtomobillərə tələbatı artıracaq

10:42 - 19.07.2022


19 iyul, Fineko/abc.az. "Aİ-95" markalı benzinin bahalaşması hibrid avtomobillərə tələbi daha da artıracaq.

ABC.AZ xəbər verir ki, bunu nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O qeyd edib ki, Aİ-95 və "Aİ-98" markalı benzinlərin qiymətinin yüksəlməsi hibrid avtomobillərə marağı və tələbi artırıb.

"Düşünürəm ki, bu maraq və tələb daha da artacaq. Çünki hibrid avtomobillər qismən benzinlə çalışır. Ekoloji təmiz avtomobillərə tələbin artması ilə yanaşı dizellə çalışan avtomobillərin də ölkəyə idxalı arta bilər. Benzinin baha olması səbəbindən vətəndaşlar qənaətcil yollara əl atacaqlar. Avropa ölkələrində dizel mühərriki ilə çalışan avtomobillərin istismarı artıq yasaq edilib. Ehtimal var ki, Avropada olan ikinci əl dizel mühərrikli avtomobillərin ölkəmizə axını başlasın", - deyə E.Cəfərov bildirib.

Bütün xəbərlər