Ermənistan silahlı birləşmələri Qarabağdan çıxır

11:55 - 19.07.2022


 

19 iyul, Fineko/abc.az. Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini sözügedən ərazilərdən çıxarır”.

ABC.AZ xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatına  müsahibəsində deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminin yaradılması və Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra bölgədən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması olduqca təbii haldır.

A.Qriqoryan qeyd edib ki, sözügedən bu proses artıq başa çatmaq üzrədir və sentyabrda tam olaraq yekunlaşacaq.

Bütün xəbərlər