Son 6 ayda qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da artıb

12:05 - 19.07.2022


19 iyul, Fineko/abc.az. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 77 milyon 35,8 min manat olub.

ABC Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, proqnoz 117,9 faiz icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 faiz artaraq 55,9 milyon manat təşkil edib, proqnoz 126 faiz icra olunub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz artaraq 385,8 milyon manat olub, proqnoz 107 faiz icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 54,9 faiz artaraq 259,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 106,2 faiz icra olunub.

Bütün xəbərlər