İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı

19.07.2022,12:29


19 iyul, Fineko/abc.az. İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı xəstəxanaların siyahısı genişlənib.

ABC.AZ xəbər verir ki, bunu agentliyin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, hazırda müqaviləli tibb müəssisələrinin sayı 69-a çatıb: "Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq artır".