İcbari sığorta üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər

14:37 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər.

ABC.AZ xəbər verir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir.

Belə ki, hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır.

Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur.

Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın.

Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2000-2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur.

Bütün xəbərlər