Şuşada yaşayış binalarının tikintisi üçün növbəti tender keçirilir

15:00 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi  Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-03 (Məhəllə 03) (Yaşayış evi-10, Yaşayış evi-11, Yaşayış evi-12, Yaşayış evi-13), Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-04 (Məhəllə 04) (Yaşayış evi-14, Yaşayış evi-15, Yaşayış evi-16) 3-5 mərtəbəli yaşayış binalarının (avto dayanacaqlarla birgə) tikintisi və abadlıq işlərinin satınalınması üzrə açıq tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 18.08.2022 15:00  tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Babək Kərimli, [email protected]

Bütün xəbərlər