Son 6 ayda tikinti materiallarının istehsalı artıb - Statistika

15:03 - 20.07.2022


20 iyul, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 520,5 milyon manat məbləğində tikinti materialları istehsal edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,4% çoxdur.

Hesabat dövründə respublikada 1 milyon 730,8 min ton sement (artım 1,7%) istehsal edilib. 18,6 min ton (artım 37,8%) tikinti gipsi, 54,7 min ton (artım 47,8%) sementdən tikinti blokları və kərpicləri, 1 milyon 541,1 min ton (artım 25,3%) hazır beton qarışığı, 19,5 min ton (artım 11,4%) tikinti əhəngi, 322,5 min kubmetr (artım 16,8%) tikinti kərpici, 13,604 min ton (azalma 32,9%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 20,8 min kubmetr (azalma 43,3%) betondan yığma tikinti konstruksiyaları, 44,1 min ton (artım 9,4%) asfalt istehsal edilib.

Bütün xəbərlər