Dövlət Agentliyinin keçmiş sədri şirkət rəhbəri oldu

15:22 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Dövlət Agentlyinin İdarə Heyətinə iki ildir sədrilik edən Samir Qurbanovun yeni iş yeri məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Samir Qurbanov  “PMD Hospitality” MMC-nin baş icraçı direktoru təyin edilib. Buna qədər “PMD Hospitality” MMC-nin baş icraçı direktoru Azər Mirtaqavi Hüseyn oğlu idi.

Qeyd edək ki, Samir Qurbanov 2020-ci ilin 1 aprelindən Azərbaycan Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri təyin edilmişdi. Ötən gün yayılan xəbərə görə, o bu vəzifəsindən azad edilib, onun yerinə Samir İdayətov təyin edilmişdi.

Bütün xəbərlər