Azərbaycanda bu xidmətlər də bahalaşıb

15:45 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən cari ilin iyun ayında tibbi xidmətlər bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, xidmətlər əvvəlki ilin eyni ayı ilə müqayisədə 8.7% bahalaşıb.

Dövlət Statistika Komitəsinə görə, bu müddətdə stomatoloji xidmətlərdə 11.5%, xəstəxana xidmətlərində 7.9% artım qeydə alınıb.

Cari ilin yanvar-iyun ayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə tibbi xidmətlərdə 8.7%, stomatoloji xidmətlərdə 10.6%, xəstəxana xidmətlərində 6.2% bahalaşma olub.

Qeyd edək ki, əvvəlki ildə isə bu xidmətlərdə müvafiq olaraq illik 3.9%, 4.6% və 1.4% bahalaşma qeydə alınıb.

Bütün xəbərlər