Son 6 ayda 38 hərrac keçirilib

10:44 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Cari ilin ilk 6 ayı ərzində 38 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, cari ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 222 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-iyun ayları ərzində hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.

2022-ci ilin I yarımilliyində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.

Bütün xəbərlər