Azərbaycana pul köçürmələri il ərzində əsasən Rusiyadan daxilolmalar hesabına 3,6 dəfə artıb

15:21 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dünya Bankı Azərbaycanla bağlı hesabat açıqlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yanvar-may aylarında müsbət ticarət saldosu ÜDM-in 34,4 %-nə yüksəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Dünya Bankı həmçinin vurğulayıb ki, may ayında pul köçürmələr il ərzində əsasən Rusiyadan daxilolmalar hesabına 3,6 dəfə artıb. Dünya Bankının iqtisadçıları iyunun 29-da təsdiqlənən 2022-ci il dövlət büdcəsinə dəyişikliklərə də diqqət çəkiblər: “Əvvəlki proqnozlarla müqayisədə gəlirlərin nominal ifadədə 8,8 % artacağı proqnozlaşdırılır. Bu artım, hökumətin neftin baza qiymətini bir barel üçün 50 ABŞ dollardan 85 ABŞ dollara qaldırması ilə neft şirkətlərindən gözlənilən yüksək aktivlik və daha yüksək vergi daxilolmaları ilə bağlı proqnozlaşdırılan daha yüksək vergi gəlirlərini əks etdirir. Gəlirlərin artımı fonunda Dövlət Neft Fondundan transfertlərin 9,4 % azaldılması nəzərdə tutulur.

Bütün xəbərlər