İlin birinci yarısını 271 min manat zərər edən Bank

10:57 - 25.07.2022


25 iyul, Fineko/abc.az. Pakistan Milli Bankının Bakı filialı 2022-ci ilin birinci yarısını 271 min manat xalis zərər ilə başa vurub.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin yanvar-iyun dövründə Pakistan Milli Bankının Bakı filialının cəmi əməliyyat gəlirləri 173 min manat, cəmi əməliyyat xərcləri 469 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 296 min manat təşkil edib. Ehtiyatdan azad olmuş 25 min manat hesabına filialın zərəri 271 min manata düşüb.

Other news