“ABB” ASC daha da böyüyüb, faiz gəlirləri artıb - Hesabat

12:21 - 25.07.2022


25 iyul, Fineko/abc.az. 2022-ci ilin ilk yarısında “ABB” ASC daha da böyüyüb, faiz gəlirləri artıb, eyni zamanda, faiz xərcləri azalıb.

ABC.AZ xəbər verir ki, “ABB” ASC-nin faiz gəlirləri 2022-ci ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 427 min manat və ya 17,8% artaraq 253 milyon 856 min manat təşkil edib.

Müqayisə olunan dövrdə Bankın qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövründə törəmə müəssisədən əldə edilmiş birdəfəlik dividend istisna olunarsa, 22 milyon 310 min manat artaraq 81 milyon 640 min manat təşkil edib.

2022-ci ilin yanvar-iyun dövründə “ABB” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335 milyon 496 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 160 milyon 491 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib.

Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 35 milyon 372 min manat ayırıb və 21 milyon 216 min manat mənfəət vergisi hesablanıb.

Other news