Bu şəxslər dövlətdən əlavə pul alacaq - Detallar

16:18 - 25.07.2022


25 iyul, Fineko/abc.az. Dünyada qiymət artımı Azərbaycanın ərzaq təhlükəsizliyi üçün də risklər yaradır. Bu səbəbdən qabaqcıl tədbirlər görülür.

ABC.AZ xəbər verir ki, atılan addımlardan biri Prezident İlham Əliyevin ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərmanı olub.

Fərmana əsasən, bundan sonra ərzaqlıq buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə 5 il müddətinə subsidiya alacaq.

Bu o deməkdir ki, daha çox məhsul istehsal edən fermerlər dövlətdən daha çox pul alacaqlar.

Other news