Neft bahalaşır, Brent barrel başına $106,44 təşkil edir

09:30 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində artmaqdadır.

London ICE Futures birjasında saat 09:20–da Brent neftinin sentyabr fyuçersləri $1,29 (1,23%) - barrel başına $106,44-ə qədər bahalaşıb. Ticarət nəticələrinə görə, iyulun 25-də Brent neftinin sentyabr fyuçers qiyməti $1,95 (1,89%) - barrel başına $105,15-ə yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:20-da WTI neftinin sentyabr fyuçersləri $1,18 (1,22%) - barrel başına $97,88-ə yüksəldi. 25 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr  fyuçerslərinin qiyməti $2,00 (2,11%) - barrel başına $96,70-ə yüksəldi.

 


Other news