Azərbaycanda bu pullar yeniləndi - Foto

11:41 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Azərbaycanda 10 və 50 qəpiklik metal pullar yenilənib.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib.

Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.

Mərkəzi Bank yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanları isə bu gündən tədavülə buraxılmasını elan edib.

Müəllif: Elmir Murad


Other news