Daha bir BOKT yaradıldı - Kapitalı 300 min manatdır

10:45 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Dövlət Verg Xidməti "Payonix" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133A, mənzil 23, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Anar Akif oğlu Fətəliyevdir.

O, həm də "Aset Maliyyə Texnologiyaları" MMC BOKT-un direktorudur.

Other news