“Narın Qala” istirahət mərkəzi qida qaydalarına əməl etmir

16:04 - 29.07.2022


29 iyul, Fineko/abc.az. Şəki rayonu, Kiş kəndində  fəaliyyət göstərən “Narın Qala” istirahət mərkəzinin qidalanma sahələrində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyənləşdirilib.

ABC.AZ xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı, vaxtlı-vaxtında dezinfeksiya işlərinin həyata keçirilmədiyi aşkar olunub.

Həmçinin mənşəyi məlum olmayan, ev şəraitində konservləşdirilmiş məhsulların müştərilərə təklif edildiyi, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.

AQTA-dan bildirilir ki, aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Other news