Neft ucuzlaşır, Brent barrel başına $100,07 təşkil edir

09:20 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon qiymətləri azalır.

London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçerslərinin saat 09:11-də $0,47 (0,47%) - barrel  başına $100,07-ə qədər ucuzlaşıb. Avqustun 2 - də keçirilən hərracın nəticələrinə görə, Brent neftinin oktyabr fyuçers qiyməti $0,51 (0,51%) - barrel başına $100,54 dollara yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:11-də WTI neftinin sentyabr fyuçersləri $0,37 (0,39%) - barrel başına $94,05-ə düşdü. 2 avqust ticarətinin nəticələrinə görə, WTI  neftinin sentyabr fyuçerslərinin dəyəri $0,53 (0,57%) - barrel başına $94,42-ə yüksəldi.


Other news