Qeyri-faiz gəlirləri 20 mln. manatdan çox olan banklar

10:41 - 18.08.2022


 18 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı qeyri-faiz gəlirləri 20 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Kapital Bank” (189,041 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (81,64 milyon manat), “PAŞA Bank” (78,025 milyon manat), “Unibank” (24,256 milyon manat), “Rabitəbank” (22,346 milyon manat) və “Muğan Bank” (21,628 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 18-də qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Other news