Azərbaycanda hansı Bankların faiz xərcləri artıb? - Siyahı

11:15 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Ölkədəki 18 bankın faiz xərcləri artıb.

ABC.AZ-ın Renkinq-ə istinadən məlumatına görə, ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (79%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (7,1%) qeydə alınıb.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin isə bu ilin I yarısındakı faiz xərcləri 25 milyon manatdan çox olub. Bunlar “Kapital Bank” (40,169 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (35,661 milyon manat) ASC-lər, “Access Bank” QSC (26,869 milyon manat), “Unibank” (26,451 milyon manat) və “PAŞA Bank” (25,044 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 5-də faiz xərcləri 10-25 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır.

Other news