AZTV dövlətə ödədiyi mənfəət vergisini azaldıb

10:57 - 25.08.2022


25 avqust, Fineko/abc.az. 2021-ci ildə AzTV 23 min manat mənfəət vergisi ödəyib ki, bu da 2020-ci illə müqayisədə 6,1% azdır.

ABC.AZ xəbər verir ki, bu qurumun hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, bu il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24 milyon 292 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.

Hesabat dövründə qurumun öhdəlikləri 3,8% azalaraq 1 milyon 12 min manata düşüb, balans kapitalı isə 0,6 % artaraq 23 milyon 280 min manata çatıb.

Other news