ABŞ iqtisadiyyatı bu qədər kiçilib

10:08 - 26.08.2022


26 avqust, Fineko/abc.az. ABŞ iqtisadiyyatının aprel-iyun dövrü üzrə ümumi daxili məhsul (ÜDM) məlumatı yenilənib.

ABC.AZ xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyinin məlumatına görə, bu dövrdə iqtisadiyyat illik müqayisədə 0,6 faiz azalıb. İlkin məlumat 0,9 faiz azalma idi.

İstehlak xərclərindəki güclü tendensiya məlumatların yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb olub. İstehlak xərcləri 1%-dən 1,5%-ə revizə edilib.

Ölkə iqtisadiyyatı ilin birinci rübündə 1,6 faiz kiçilib.

Other news