“Günay Sığorta” ASC iki ildir zərər edir - Detallar

14:15 - 26.08.2022


26 avqust, Fineko/abc.az. “Günay Sığorta” ASC ardıcıl ikinci ildir zərər ilə işləməkdədir.

ABC.AZ-ın məlumatına görə, Şirkət 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 197 min 777 manat xalis zərər ilə başa vurub.

Qeyd edək ki, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında “Günay Sığorta”nın xalis zərəri 2,8 dəfə azalıb. Şirkət ötən ilin ilk 6 ayını 554 min 368 manat xalis zərər ilə bağlamışdı.

2021-ci ildə “Günay Sığorta”nın xalis zərəri 1 milyon manatdan çox olub.

Müəllif: Elmir Murad

Other news