Azərbaycanda lizinq şirkətləri faizləri azalda bilər

15:55 - 26.08.2022


26 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətləri faizləri aşağı sala bilər.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu məsələ avqustun 19-da Dövlət Vergi Xidmətinin yerli lizinq şirkətlərinin təmsilçiləri ilə keçirdiyi görüşdə müzakirə olunub.

Görüşün detalları barədə açıqlama verən bazar iştirakçılarından biri - Ramal Cəfərov deyir ki, faizlərin azalması üçün bir neçə məsələnin öz həllini tapması lazımdır:

"Əslində lizinqlə bağlı çox problem var. Amma görüşdə bir neçə məsələni xüsusulə qaldırdıq. Bunlardan biri lizinq əməliyyatları üzrə əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsi hüququnun istehlakçıya verilməsi idi. Çünki burada itki olanda rəqabət aparmaq çətinləşir. Digər məsələ isə yaradılan xüsusi ehtiyatların xərclər kimi tanınması idi. Banklardan fərqli olaraq lizinq şirkətləri xüsusi ehtiyat yaradanda onlar mənfəət vergisi bəyanmaməsində xərc kimi nəzərə alınmır. Əgər bu təkliflər qəbul olunsa lizinq artıq daha rəqabətli məhsul ola bilər, rəqabətli məhsul olanda da bazara daha böyük pul vəsaiti olan oyunçular daxil ola bilər. Bu isə faizləri aşağı sala bilər. Faizlərin aşağı düşməsi rəqabətin sərtliyindən asılıdır. Amma konkret rəqəm söyləmək mümkün deyil".

Other news