İnflyasiyanın azaldılması üçün ağrılı bir dövrdən keçəcəyik - FED sədri

14:55 - 29.08.2022


29 avqust, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell "inflyasiyanın azaldılması üçün ağrılı bir dövrdən keçəcəyik" mesajı verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, çıxışdan sonra ekspertlər məsələyə münasibət bildirib.

Ekspertlər qeyd edib ki, 2008-ci il böhranından sonra tətbiq edilən monetar ekspansiyaya son qoyulması gələcək dövrdə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqləri artıracaq.

Bununla belə, FED ilə birlikdə və ya FED-dən əvvəl pul siyasətini sərtləşdirməyə başlayan inkişaf etməkdə olan iqtisadiyyatların əvvəlki sərt şərtlər dövrlərinə nisbətən daha hazır olacaqları qiymətləndirilir.

Other news