ABŞ-ın strateji neft ehtiyatları kəskin asalıb

10:52 - 30.08.2022


30 avqust, Fineko/abc.az. ABŞ-ın strateji neft ehtiyatlarında xam neft həftəlik 3,1 milyon barrel azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Ölkənin strateji neft ehtiyatlarında xam neft 1984-cü ilin dekabrından bəri ən aşağı səviyyə olmaqla, 450 milyon barrelə düşüb.

ABŞ rəhbərliyi benzin qiymətlərindəki artımın yüksələn inflyasiyanın əhəmiyyətli hissəsini təşkil etdiyini əsas gətirərək, benzinin qiymətini aşağı salmaq üçün müxtəlif tədbirlər həyata keçirməkdədir.

Mart ayında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin satışına icazə verib.

Other news