AZAL-ın sabiq idarə rəisi azadlığa buraxıldı

15:20 - 30.08.2022


30 avqust, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa buraxılıb.

ABC.AZ Report-a istibadən xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.

Qərara əsasən, o, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, E.Süleymanov və digərləri 2007-ci ilin 6 sentyabrında həbs edilib.

O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib.

Məhkəmənin qərarı ilə E.Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib.

Other news