Avrozonada inflyasiyanın yeni zirvəsi - İnflyasiya rekord qırıb

14:43 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Avqust ayında Avrozonada inflyasiya illik 9,1 faizlə rekord qırıb.

ABC.AZ xəbər verir ki, bu artım Avropa Mərkəzi Bankından daha yüksək faiz artımı gözləntilərini də gücləndirdi.

Avrozonada istehlak qiymətləri enerji və ərzaq qiymətlərinin artması ilə avqust ayında rekord həddə yüksəlməyə davam etdi.

Eurostatın məlumatına görə, 19 üzvlü Avrozonada illik inflyasiya 9,1 faiz təşkil edib.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 9 faiz təşkil edib. Əvvəlki ayda inflyasiya yüzdə 8,9 idi. İnflyasiya aylıq 0,5 faiz artıb. Əsas inflyasiya 4 faizdən 4,3 faizə yüksələrək rekordu qırıb.

Other news