İqtisadçılar Avrozonadakı inflyasiya üçün həyəcan təbili çalır

14:56 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Avrozonada inflyasiya rekord həddə çatıb. Belə ki, avqust ayında Avrozonada inflyasiya illik 9,1 faizlə rekord qırıb.

ABC.AZ-ın məlumatına görə, təxminləri üstələyən inflyasiya rəqəmi, gələn həftə keçiriləcək iclasda Avropa Mərkəzi Bankının FED-i təqib edib 75 bənd artırıb-artırmayacağı məsələsini də gündəmə gətirir.

Bəzi analitiklər yüksək artımın iqtisadiyyatı tənəzzülə sürükləyəcəyindən narahatdırlar. İqtisadçılar ehtimal edir ki, yaşayış xərclərinin artması tələbi azaltdığından Avro Bölgəsinin qarşıdakı rüblərdə tənəzzülə girəcəyi gözləntiləri artır.

Bütün bunların fonunda Fransada inflyasiya 6,8 faizdən 6,5 faizə düşüb. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada dünən açıqlanan inflyasiya rəqəmi yüzdə 8,8 ilə 50 ilin zirvəsinə çatdı.

Other news