Mis 5 aydır ucuzlaşmaqda davam edir - Detallar

11:29 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. Mis ardıcıl beşinci aydır ucuzlaşamqda davam edir.

ABC.AZ xəbər verir ki, misin qiyməti, Rusiyanın Ukraynanı işğal etməsindən sonra mart ayında qeydə alınan rekorddan sonra təxminən üç dəfə geriləyib.

Mis tələbi ilə bağlı narahatlıqlar təklif tərəfində davam edən azalmadan üstündür. Dünya mis hasilatının dörddə birindən çoxunu idarə edən Çili, iyul ayında əvvəlki illə müqayisədə hasilatın 8,6 faiz azaldığını bildirib.

Çində isə bu ilin əvvəlində təkrarlanan Covid-19 epidemiyası ilə əlaqədar olaraq Şanxayın iki aylıq bağlanması, müəssisələrin yavaş bərpası və dayanmış tələblə mübarizə apardığı üçün iqtisadiyyat dalğalanmaqda davam edir.

Other news