AZAL baqajsız bilet satışına başlayıb

15:35 - 1.09.2022


1 sentyabr, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC (AZAL) pilot layihə çərçivəsində Bakıdan Türkiyənin İstanbul şəhərinə və əks istiqamətdə həyata keçirdiyi reyslərə baqajsız bilet satmağa başlayıb.

ABC.AZ aviaşirkətə istinadən xəbər verir ki, onlayn aviabilet bron edənlər daha sərfəli “Economy Lite” tarifini seçə bilərlər.

Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir.

Əgər baqaj lazım olsa, sərnişin onu onlayn “Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzi ilə əlaqə saxlayaraq və yaxud birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilər.

Other news