“Qazprom”un təbii qaz ixracı azalıb

10:26 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Rusiyanın enerji şirkəti “Qazprom” təbii qaz ixracatının ilin 8 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz azaldığını açıqlayıb.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz azalaraq 82,2 milyard kubmetr olub.

Qeyd edək ki, ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Avropa İttifaqı (Aİ) ölkələri, Ukraynadakı müharibə səbəbindən Rusiyadan təbii qaz axınının kəsiləcəyi təqdirdə təbii qaz çənlərini doldurmaq üçün çalışır.

 

Other news