Bu aydan Azərbaycanda avtomobilər bahalaşacaq

11:22 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur.

O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellərinə maraq artıb.

“İkinci əl” avtomobil bazarında isə daha çox hibrid və dizel mühərrikli avtomobilllərə maraq artıb. Bu da “Aİ-95” markalı benzinin bahalaşması ilə bağlıdır:“Vətəndaşlar “Prius”la yanaşı, ABŞ-dan gətirilən 1,5 l. həcmli köhnə hibrid və dizel mühərrikli avtomobillərə üstünlük verirlər”.

Other news