Yeni hibrid avtomobillərin istehsalı azala bilər - Ekspert

11:33 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov sentyabr-oktyabr aylarında avtomobillərin qiymətinin bahalaşacağını bildirib.

ABC.AZ-ın məlumatına görə, ekspert onu da bildirib ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq.

"Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Belə ki, elektron avadanlıq və ehtiyat hissələrində çatışmazlıq bu avtomobillərin qlobal istehsalının və satışlarının azalmasına səbəb ola bilər. Bu da yerli bazarda komfortlu avtomobil qıtlığı yarada bilər", - deyə ekspert qeyd edib.

 

Other news