Azərbaycandakı özəl məktəblərin ödənişi qonşu ölkələrdən nə qədər bahadır? - SİYAHI

12:30 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin ibtidai sinifləri üçün orta illik təhsil haqqı 8 670 manata (5 100 dollar) bərabərdir.

ABC.AZ Yeniavaz-a istinadən xəbər verir ki, qonşu ölkələr arasında ən aşağı təhsil haqqı İranda qeydə alınıb. Bu ölkədə ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı 1 380 dollar təşkil edir. Sonrakı yerlərdə 3 850 dollarla Türkiyə, 4 700 dollarla Ermənistan, 5 000 dollarla Gürcüstan qərarlaşıb. Rusiyada ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı bir qədər yüksəkdir - 7240 dollar.

Digər region ölkələrində isə ibtidai siniflər üçün nəzərdə tutulan təhsil haqqı aşağıdakı kimi olub:

Moldovada - 3 265 dollar

Ukraynada -  3 790 dollar

Özbəkistanda - 5 260 dollar

Qazaxıstanda - 5 610 dollar

Belarusda - 6 670 dollar

Dünyada ibtidai siniflər üçün ən yüksək orta illik təhsil haqqı İsveçrədə alınır. İsveçrədə orta illik təhsil haqqı 27 400 dollar təşkil edir. Bu göstərici Sinqapurda 23 300 dollar, Çində 21 840 dollar, Cənubi Koreyada 19 330 dollar, Honq Konqda isə 18 200 dollar olub. Ən aşağı təhsil haqqı isə Şri Lankada (490 dollar) və Pakistanda (980 dollar) qeydə alınıb.

Other news