“OPEC+” ölkələri neft hasilatını 100 min barel azaltmaq istəyir

14:29 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Bu gün keçiriləcək iclas zamanı “OPEC+”  ölkələrinin nazirləri digər variantlarla yanaşı, gündəlik neft hasilatının 100 min barel azaldılması imkanlarını müzakirə edəcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edək ki, “OPEC+” üzvləri avqustun 3-də keçirilən iclasda sentyabrda gündəlik neft hasilatının 100 min barel artırılmasını təsdiqləyiblər. Yekun kommunikedə həmçinin vurğulanıb ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və onlar ehtiyatla istifadə edilməlidir.

Other news