14 BOKT-un kredit portfeli azalıb - Siyahı

10:30 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycandakı BOKT-ların kredit portfellərinin həcmi məlum olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, 14 BOKT-un – “Premier Kredit”, “İDK”, “Aqrarkredit”, “Kredit Servis”, “Viator Mikrokredit Azərbaycan”, “İcraçı Kredit Agentliyi”, “Qafqaz-Kredit”, “Asel Kredit”, “Azinvestkredit”, “İnkişaf üçün maliyyə”, “Para”, “Kredaqro”, “Finex Kredit”, “Effektinvest” və “Union Kredit”in kredit portfeli azalıb. Ən çox azalma “Union Kredit”də (67%), ən az azalma isə “Premier Kredit”də (0,3%) qeydə alınıb.

1 BOKT-un - “Aset Maliyyə Texnologiyaları”nın kredit portfeli formalaşmayıb. 2 BOKT-un - “Azkredit” və “Prior Credit” BOKT-ların kredit portfeli ötən il formalaşıb.

Other news