“Unibank” ASC-nin səhmlərini alan şəxs məlum oldu

15:30 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. “Unibank” Açıq Səhmdar Cəmiyyətinin yeni buraxılan səhmlərini Emin Quliyev Natiq oğlu alıb.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, adıçəkilən şəxs bankın yeni buraxılmış 15 716 ədəd səhmini alıb.

Əqdin məbləği 42 747.52 manat, hər birinin nominal qiyməti isə 2.72 manatdır.

Əqdin bağlanmasından sonra Quliyev Emin Natiq oğlu 188 308 ədəd adi sənədsiz adlı səhm ilə “Unibank”ın nizamnamə kapitalında 0.3592% paya malikdir. Qeyd edək ki, Emin Quliyev Natiq oğlu “Unibank”Kommersiya Bankı” ASC Müşahidə Şurası sədrinin müavinidir.

 

Other news