Bu ölkə Rusiyadan neft alacaq 

10:36 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. İndoneziya daxili bazarda artan enerji qiymətlərini cilovlamaq üçün Rusiyadan neft idxal etməyi düşünür.

ABC.AZ xəbər verir ki, bu barədə İndondeziya prezidenti Coko Vidodo Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Vidodo İndoneziyanın Rusiya neftini almaq niyyətində olub-olmaması sualına müsbət cavab verib: "Biz həmişə bütün variantları izləyirik. Ən yaxşı qiyməti verən ölkə varsa, təbii ki... Hökumət öz xalqının enerji ehtiyacını ödəmək üçün müxtəlif mənbələr tapmağa borcludur. Biz həll yolu tapmaq istəyirik". Nəşrin yazdığına görə, İndoneziya, verilən endirim sayəsində Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə artıran Hindistan və Çindən nümunə götürmək qərarına gəlsə, bu, Rusiya Federasiyasına tədarükün  Avropaya azalmasından itkilərin əhəmiyyətli hissəsini kompensasiya etməyə kömək edəcək.

Other news