Ötən ay şadlıq saraylarında sifarişlər azalıb - Səbəb

11:44 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. Avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74% azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Məlumata əsasən, sifarişlərin azalması Məhərrəm ayının başlaması ilə əlaqələndirilir.

Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində 9% artım qeydə alınıb.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 11%.

Sentyabrın sonuna doğru daha yüksək qiymət artımları gözlənilir.

Other news