"Fitch Solutions" Azərbaycanın proqnozunu yaxşılaşdırıb

16:45 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. "Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının avqust sayında bildirilib.

"Fitch Solutions" real ÜDM-in artım proqnozunu 3,48%-dən (iyun göstəricisi) 5,12%-ə kimi artırıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə bu göstərici 2022-ci ildə 3,85% olacaq.

Agentlik 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7,8% olaraq saxlayıb. "Fitch Solutions"un "Bloomberg Consensus"la birgə proqnozuna görə orta inflyasiya isə bu ilin sonuna kimi 10,4% təşkil edəcək.

Other news