Ermənistan 49 hərbçisini itirib - Paşinyan

12:06 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. “Ermənistan tərəfindən 49 hərbçi ölüb”.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil. O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb.

Paşinyan, həmçinin Ermənistanın KTMT-yə müraciət etdiyini təsdiq edib və qeyd edib ki, ölkənin müraciəti əsasında KTMT Daimi Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclas keçirir.

 

Other news