Putin Qərb dünyasına meydan oxuyub - Donacaqsınız

12:09 - 14.09.2022


14 Sentyabr, Fineko/abc.az. Vladimir Putin Qərb dünyasına meydan oxuyub və bildirib ki, Rusiya qaz, neft, kömür, mazutu verməyəcəyik.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Putin bunu Rusiyanın Uzaq Şərq bölgəsi Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edərkən deyib.

O Avropanı nəzərdə tutaraq qeyd edib ki, biz heç nə verməyəcəyik və dərb donacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə fevralın 24-dən davam edir.

O vaxtdan bəri bir çox Avropa ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Rusiyanın təbii qaz şirkəti “Qazprom” isə müxtəlif səbəblərdən ixracını azaldıb.

“Qazprom” “Şimal axını” boru kəmərindən təbii qaz nəqlini də “qeyri-müəyyən müddətə” dayandırıb.

 

Other news