Aİ Google-un 4 milyard avrodan çox olan cəriməsini azaldıb

15:02 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) məhkəməsi Aİ Komissiyasının Google texnologiya firmasının Android əməliyyat sistemində rəqabət qaydalarını pozduğuna dair qərarını cəriməni bir qədər azaltmaqla təsdiqləyib.

ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, AB Ümumi Məhkəməsi Google-a tətbiq etdiyi 4 milyard 340 milyon avroluq cərimənin bir qədər azaldılmasına qərar verib.

Qərara əsaəsn Məhkəmə Google-un cəriməsini azaldaraq 4 milyard 125 milyon avro edib.

Qeyd edək ki, 2016-cı ildə Aİ Google-u Android əməliyyat sistemi ilə bazarda hökmranlıq etməkdə və rəqabət qaydalarını pozmaqda ittiham etmişdi. İttiham Google-un öz axtarışını və Android cihazlarında quraşdırılmış müxtəlif digər proqramları təklif etməsindən qaynaqlanır.

Other news